Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunublar.
Bu arada Kür çayında batan şəxsin kimliyi məlum olub. APA-nın məlumatına görə, o, Şirvan sakini, 1952-ci il təvəllüdlü Piriyev Əli Məstan oğludur. Ə.Piriyev Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində batıb.
Axtarışlar davam edir, əlavə məlumat veriləcək.