Bakıda ana və qızını maşın vurdu
VƏZİYYƏTLƏRİ AĞIRDIR

Bakının Xəzər rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA xəbər verir ki, hadisə Qala qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidə qeydə alınıb. Belə ki, yolu keçən ana və azyaşlı qızı minik avtomobili vurub. Ağır xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 16:57 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisindən piyadavurma səbəbilə çağırış daxil olub.

 

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. 

 

Xəsarət alanlardan 33 yaşlı şəxs qadın  qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 9 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.