Gürcüstanın şimalındakı Raça bölgəsindəki Oni şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Kvemo Svaneti diyarının İri kəndi yaxınlığında olub. Ocaq Yerin 10 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar yerli vaxtla saat 02:03-də qeydə alınıb.
Zəlzələ paytaxt Tbilisidə də hiss olunub.
Tələfat və dağınt barədə məlumat verilməyib.