Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.
**11:19
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Senzor.az-ın məlumatına görə, hadisə rayonun Sadatlı kəndi ərazisində baş verib.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çox sayda yaralı var.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.