Naxçıvan şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, hadisə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının qarşısında qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyeva Sona Akif qızı və övladları, 9 yaşlı İlkanə və 6 yaşlı Dəniz xəsarət alıblar. Zərərçəkənlər dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb, onlara yumşaq toxumanın əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.