İrəvanın yaxınlığındakı Abovyan şəhərində qazdoldurma məntəqəsində baş vermiş güclü partlayış nəticəsində azı beş nəfər yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İrəvan-Sevan yolunda baş vermiş partlayış və ardınca yanğın nəticəsində, ilkin məlumatlara görə, 5 vətəndaş xəstəxanaya yerləşdirilib”, – deyə nazirliyin məlumatında vurğulanıb.
**23:32 (06.06.2024)
İrəvanın yaxınlığındakı Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.
Senzor.az bildirir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
“Abovyan şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib. Təfərrüatlar hələlik məlum deyil”, – deyə “Baqramyan 26” kanalında qeyd olunub.
Bu arada hadisə ilə bağlı ölkənin Daxili İşlər Nazirliyi də məlumat yayıb. Məlumatda deyilir: “911 xidmətinə İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqələrindən birində partlayış olduğu, nəticədə yanğın baş verdiyi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyi xilasetmə xidmətinin xüsusi briqadaları hadisə yerinə göndərilib. Ətraflı məlumat veriləcək”.
Senzor.az