Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada ölüb.
Senzor.az bildirir ki, B.Heydərov göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
**20:08
Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərov şəxsi münasibətlər zəminində ov silahından açılan atəş nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.
Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.