Bu gün axşam saatlarında Danimarkanın Baş naziri Mette Frederiksen paytaxtın mərkəzində hücuma məruz qalıb.
Senzor.az bildirir ki, bu barədə yerli "Ritzau" xəbər agentliyi Baş nazirin Ofisinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Baş nazir Mette Frederiksen cümə günü axşam Kopenhagendə Kultorvetdə bir kişi tərəfindən döyülüb.
Baş nazirə hücum edən həmin şəxsin həbs edildiyi bildirilir.
Baş nazirin ofisindən verilən açıqlamada onun hadisə səbəbilə şoka düşdüyü vurğulanır. Açıqlamada hadisənin təfərrüatları barədə heç nə qeyd olunmayıb.
İnsidenti Kopenhagenin polis rəisi Maykl Andersen də təsdiqləyib.