İsrail ordusunun Qəzzanın mərkəzindəki qaçqın düşərgəsinə hücumu zamanı 50 sakin ölüb.
“Reuters“ xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, hadisə zamanı yaralananların sayı barədə dəqiq məlumat yoxdur.
Ötən ilin oktyabrından bəri Qəzza sektorunda ölənlərin sayı 36 min 731 nəfərə çatıb. Onların 15 min 517 nəfərinin uşaq, 10 min 279 nəfərinin isə qadın olduğu açıqlanıb.