Lerik rayonunda anadan olmuş, hazırda Bakı şəhərinin Xəzər rayonu Binə qəsəbəsi sakini olan 1998-ci il təvəllüdlü Muxtarova İlahə Teymur qızı iyunun 7-də saat təxminən 05:45 radələrində yaşadığı Südçülük sovxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Senzor.az-a verilən məlumata görə, İ.Muxtarovanın boyu 156 santimetrdir. Arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngdədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.
Onun barəsində məlumatı olanlardan rayon polis idarəsinin 3-cü polis şöbəsinə, “102” Xidməti Zəng Mərkəzinə, 012-456-03-02 və 055-250-85-05 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.