Versal sarayında yanğın olub, turistlər təxliyə olunub.
"Reuters" xəbər verir ki, bu barədə sarayın mətbuat katibi bildirib.
Onun sözlərinə görə, yanğın təmir işləri aparılan dam örtüyü sahəsində baş verib.
"Yanğınsöndürənlər gəldi. Artıq nə tüstü var, nə alov. Kolleksiyaya da ziyan dəyməyib", - sözçü əlavə edib.
Qeyd edək ki, XVII əsrdə Kral XIV Lüdovik üçün tikilmiş saray, Fransa İnqilabına və 1789-cu ildə monarxiyanın devrilməsinə qədər əsas kral iqamətgahı olub.
Hər il sarayı yeddi milyondan çox insan ziyarət edir. Bu yay saray Olimpiya Oyunlarının atçılıq yarışlarına ev sahibliyi edəcək.