“Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb.
Bu barədə “Qafqazinfo”ya sakinlər məlumat veriblər.
Məlumata görə, hadisə zamanı xəsarət alanlar olub.
Qeyd edək ki, əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.
FHN-in mətbuat xidmətindən Senzor.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı Nazirliyin “112” qaynar xəttinə müraciət daxil olub.
Xilasedicilər dərhal əraziyə göndəriliblər. Lakin, xilasedicilər hadisə yerinə çatmamış onların köməyinə ehtiyac olmadığı barədə yenidən müraciət daxil olub.
Bu arada APA xəbər yayıb ki, xəstəxanaya yerləşdirilən 7 nəfərdən 6-sı ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Onlardan yalnız biri - 1993-cü il təvəllüdlü Cəfərova Xatirə Ədalət qızının hər iki ayağının sınığı olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Senzor.az