İranın Mazandaran əyalətinin Çalus və Ərdəbil vilayətinin Meşginşəhr şəhərində leysan yağışları nəticəsində çaylar daşıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bir neçə insan itkin düşüb.
Mazandaran əyalətinin Qızıl Aypara Cəmiyyətinin baş direktoru Qulam Əli Fəxari Çalus yolunda daşqın nəticəsində 16 nəfərin qəzaya uğradığını, onlardan 12-nin təhlükəsiz ərazilərə, dördünün isə tibb mərkəzlərinə aparıldığını bildirib.
Onun sözlərinə görə, daşqın zamanı üç nəfər itkin düşüb, onların və digər itkin düşmüş şəxslərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.