Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir
YENİLƏNİB

Rostovdakı 1 saylı istintaq təcridxanasının əməkdaşları terrorçulara qaçışlarını təşkil etməyə kömək edə bilərdilər.


Bu barədə Mash Telegram kanalı yazır.


Mənbənin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bu versiyanı nəzərdən keçirirlər.

**13:17

Rusiya Federal Penitensiar Xidmətin məlumatına görə, Rostov vilayətində istintaq təcridxanasında əməkdaşları girov götürən şəxslər məhv edilib.


Rusiya mediası xəbər verir ki, ilkin məlumatlara görə, bir neçə cinayətkar öldürülüb. Hücum təxminən 3 dəqiqə davam edib.


Rostov İstintaq Təcridxanasının girovluqdan azad edilən əməkdaşları xəsarət almayıblar.


**

Terrorçularla danışıqlar nəticə verməyib, xüsusi təyinatlılar Rostov istintaq təcridxanasına hücum etməyə başlayıblar.


Bu barədə yerli KİV məlumat yayıb.


Bildirilib ki, hazırda Rostov xüsusi təyinatlıları məhkum edilmiş terrorçuların Federal Penitensiar Xidmətin iki əməkdaşını girov götürdüyü təcridxanaya hücum edir.


Uzun müddət məhbuslarla danışıqlar aparılarkən, hadisə yerinin yaxınlığında tam döyüş geyimində olan xüsusi təyinatlılar növbətçilik edib. Danışıqlar heç bir nəticə vermədiyindən xüsusi təyinatlılar hücuma keçib.


Hadisə yerində silah səslərindən əlavə, təcili yardım maşınlarının da səsi də eşidilir.


"Shot" teleqram kanalı terrorçular tərəfindən girov saxlanılan 1-ci İstintaq Təcridxanasının əməkdaşlarının azad olunduğu, cinayətkarların məhv edildiyi barədə məlumat yayıb.

**11:41

Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan beş şəxs cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.


Bu barədə TASS məlumat yayıb.


Belə ki, məhkumlar təcridxanadakı kameranın pəncərəsinin barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar və nəzarətçi ilə əməliyyat zabitini girov götürüblər.


Qeyd olunub ki, cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər. Artıq vilayətin Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın bütün şəxsi heyəti istintaq təcridxanasına göndərilib.


Təcridxanada üsyan edən Akiyev Şamil, Qiriyev Tamerlan Tsiskiyev Azamat Karaçay Çərkəz Respublikası ərazisində terror aktı törətməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum ediliblər. Digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.