İranın Rəşt şəhərinin Qaim xəstəxanasında güclü yanğın baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rəştin Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat verib.
O bildirib ki, yerli vaxtla saat 01:30-da baş verən hadisə nəticəsində 9 nəfər ölüb: “Ölənlərin 8-i xəsətəxananın reanimasiya bölməsində müalicə olunan xəstələrdir”.
Yanğın baş verərkən xəstəxanada ümumilikdə 142 pasiyentin stasionar müalicə olunduğu bildirilir.
Yanğının səbəbləri açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.