İranda zəlzələ nəticəsində ölənlərin sayı 4 nəfərə, yaralananların sayı isə 120 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
**16:51
İranda baş verən 5 ballıq zəlzələ nəticəsində 2 nəfər ölüb.
Bu barədə IRNA məlumat yayıb.
**15:51
İranın Rəzəvi Xorasan əyalətinin Kəşmər şəhərində 5 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, yerin 6 kilometr dərinliyində baş verən zəlzələ yerli vaxtla saat 13.24-də qeydə alınıb.
Zəlzələdən zərər çəkmiş ərazilərə mümkün dağıntıları araşdırmaq üçün Qızıl Ayparaya bağlı iki qiymətləndirmə qrupu göndərilib.
İlkin məlumata görə, 30 nəfər xəsarət alıb. Dağıntılar altında qalanların olduğu bildirilir.