Bakıda çimərlikdə kişilər qadınları döydülər - QƏTLƏ YETİRİLƏN VAR
VİDEO

İyunun 19-da günortaya yaxın Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti 27 yaşlı oğlanın qətlə yetirilməsi barədə məlumat yaymışdı.

 

Bildirilirdi ki, həmin gün paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Adil Xəyal oğlu Talıbovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mətləb Müşfiq oğlu Süleymanlı polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

 

Məlumatda o da bildirilirdi ki, hadisə şəxsi münasibətlər zəminində baş verib və faktla bağlı araşdırma aparılır...

Artıq hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. "Xəzər Xəbər"in məlumatına görə, hadisə  Şüvəlan qəsəbəsində dəniz kənarında, çimərlikdən təxminən 100 metr kənarda baş verib.

 

Şahidlər bildiriblər ki, ilk olaraq mübahisə dörd nəfər arasında başlayıb: "İki qadın və iki bəy yeyib-içdikdən sonra yol kənarına çıxıblar, ardınca mübahisə yaranıb və bəylər xanımları döyüblər. Mərhum Adil Talıbov isə gəlib onları sakitləşdirmək istəyərkən dava düşüb. Sonra bəylər xanımları yola salıb, geri qayıdıblar. A.Talıbov onlardan qaçaraq canını qurtarmaq istəyib. Lakin 15-20 nəfər onu döyüb, iki yerdən bıçaqlayıblar. Mətləb Süleymanlı adlı şəxs ona kəsici alətlə xəsarət yetirərək öldürüb".

 

Qeyd edək ki, mərhum Adil Talıbov Rusiyada yaşayırmış və qonaq qismində bir neçə günlük Bakıya gəlibmiş.

 

Ətraflı "Xəzər Xəbər"in süjetində:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.