Ötən gün Füzuli-Ağdam yolunda baş verən ağır qəzada ölən iki nəfərin hərbçi olduğu müəyyənləşib.
“Qafqazinfo”nun məlumatına görə, bunlar Müsadirov Murad Aydın oğlu və Mustafayev Kənan Tapdıq oğludur.
Onlardan biri mayor, digəri baş leytenant olub.
Xatırladaq ki, dünən saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirmiş və maşın yol kənarında dayanan traktora çırpılmışdı...