Rusiyanın Amur vilayətində helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Bu barədə Amur vilayətinin Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
**
Rusiyanın Amur vilayətində Robinson R-66 helikopteri qəzaya uğrayıb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, helikopterin göyərtəsində pilot və üç sərnişin olub.
Faktla bağlı cinayət işi açılıb, zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.(APA)