İyunun 22-də günün ikinci yarısında Gürcüstanda zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri Oni bələdiyyəsinin İri kəndi yaxınlığında yerləşib. Zəlzələnin maqnitudası 4,2 bal olub.