Venesuelanın Sukre ştatında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, təbii fəlakətin episentri Karupano şəhərindən 66 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 98 km dərinlikdə yerləşib
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.