Xəbər verdiyimiz kimi, ötən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsində polis tərəfindən keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərilib. Bu zaman əvvəllər dəfələrlə məhkum olunmuş və həmin an axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Real TV-nin çəkiliş qrupu hadisə baş verən ərazidə olub.
Qrupun lentə aldığı görüntüləri təqdim edirik: