Rusiyanın Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında başlayan güclü yanğında 9 nəfər ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İki nəfərin özünü 7-ci mərtəbədən atdığı, 7 nəfərin isə tüstüdən boğularaq öldüyü bildirilib.
Məlumata görə, Moskva vilayətinin Fryazine rayonunda 4,5 min kv metr sahə, dörd mərtəbə tamamilə yanıb. Bildirilib ki, “Ka-32” xilasedici helikopteri binanın üzərindən yanğını söndürmək üçün su səpir.
Alov bütün binanı bürüyüb. Yanğın başlayanda binada olan bir neçə nəfər barədə məlumat yoxdur.