Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində təşkil edən, əvvəllər məhkum olunmuş Mirsadiq Abdullayev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, M.Abdullayevdən ümumilikdə 4 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 100 ədəd metadon həbi aşkarlanıb.
Araşdırma aparılır.