Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfər dənizə düşüb.
Senzor.az bildirir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq (“Sumqayıt” sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.