Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar ərazisində yanğın baş verib.
Senzor.az bildirir ki, yük ilə dolu "Tır" avtomobili alışıb.
Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.
Yanğına görə, sözügedən ərazidə yol bir müddət bağlanıb və uzun tıxac yaranıb.
Amma yanğından mühafizə bölməsinin əməkdaşları alovun qarşısını alıblar və artıq yol qismən açılıb.
Faktla bağlı araşdırma aparılır.