
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Xətai rayonunun Abdulla Rəhimov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
“Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”, - məlumatda qeyd olunub.
Şahidlərin dediyinə görə, yanğın hadisəsi rayon ərazisində yerləşən təndirxanada qeydə alınıb.
Əlavə məlumat veriləcək.