
Polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırma zamanı Arif Səlimovun xəsarəti özünün-özünə yetirdiyi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Səlimovun həyat yoldaşı ərindən ayrılaraq yaşadıqları Ağdam rayonundan övladları ilə birgə bacısıgilə - Qala qəsəbəsinə gəlib. A.Səlimov isə onun ardınca paytaxta yaşayan baldızıgilə gələrək övladlarını özü ilə aparmağa çalışıb.
Həyat yoldaşı buna etiraz etdiyi üçün A.Səlimov özünə bıçaq xəsarəti yetirib.
Araşdırmalar Xəzər RPİ-nin 1-ci PŞ-də aparılır.
**09:28
Bakının Xəzər rayonunda ailə-məişət zəminində dava zamanı qadın kişini bıçaqlayıb.
APA xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.
1975-ci il təvəllüdlü Arif Aqif oğlu Səlimov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.