Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Senzor.az bildirir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yayılaraq mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – FHN diqqətə çatdırıb.
İlkin məlumata əsasən, yanğın nəticəsində 16 yaşayış binasının şaxtasında elektrik naqilləri yanıb.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.