TRAMPA MİTİNQDƏ ATƏŞ AÇDILAR - ÖLƏNLƏR VƏ YARALANAN VAR
YENİLƏNİB, VİDEO/FOTO

ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

 

Senzor.az bildirir ki, mitinqin yayımı siyasətçinin yutub kanalında aparılıb.

 

Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.

 

Qısa müddət sonra namizəd kürsüdən uzaqlaşdırılıb. Atəş açanın kimliyi məlum deyil, o hələ yaxalanmayıb.


**02:31

Məxfi Xidmət Trampın mitinqindəki insidentdən sonra zəruri qoruma tədbirləri görüb və araşdırma aparır, keçmiş prezidentin təhlükəsiz yerdə olduğu bildirilir.  

Trampın özü Pensilvaniyadakı mitinqdə yaralanandan sonra “yaxşı olduğunu” deyib.

 [media=https://www.youtube.com/watch?v=U1d6fVHTUqg]


**03:08


Yerli televiziya kanalı WTAE xəbər verir ki, Pensilvaniya ştatında Trampın mitinqində baş verən atışmada bir nəfərin öldüyü güman edilir. 

 

Bu arada, Ağ Ev-dən bildirilib ki, ABŞ Prezidenti Co Bayden Trampın seçki kampaniyası zamanı baş verən atışma ilə bağlı məlumatlandırılıb.


**03:27


 Pensilvaniya ştatında atışma zamanı öldürülən şəxs Trampın mitinqinin iştirakçılarından biri olub. Daha bir nəfər isə ağır yaralanıb.

 

Sosial şəbəkələrdə cinayətkarın məhv edildiyini əks etdirən video yayımlanır.



“Washington Post” da yazıb ki, Pensilvaniyada Trampın mitinqində atəş açan şəxs öldürülüb.


**04:32

 

Pensilvaniyada mitinqdə baş verən atışma Trampa sui-qəsd cəhdi kimi araşdırılır. Bu barədə Amerika mətbuatı məlumat yayıb.

 

Batler dairəsinin prokuroru Riçard Qoldinqer iki nəfərin öldüyünü bildirib. Onlardan biri mitinq iştirakçısı, digəri cinayətkardır. Daha bir nəfər yaralanıb.

 

Tramp və Bayden tezliklə xalqa müraciət etməyi planlaşdırırlar.


**05:14


**

ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdi olduğu güman edilən silahlı insidentdən sonra ilk açıqlamasında atəş nəticəsində “güclü qanaxma” ilə üzləşdiyini bildirərək hadisədə ölən və yaralanan tərəfdarların ailələrinə başsağlığı verib.

 

76 yaşlı siyasətçi bununla bağlı sahibi olduğu “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

 

“Birləşmiş Ştatların Gizli Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Batler dairəsində baş vermiş atəşaçmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən nişançı haqqında heç nə bəlli deyil. Güllə sağ qulağımın yuxarı hissəsi deşib. Dərhal nəyinsə səhv getdiyini anladım, fit, atəş səsi eşitdim və güllənin dərimi cırmasını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Tanrı Amerikanı qorusun!”, – deyə D.Tramp qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.