Masallı Rayon Mərkəzi Xəstəxanasında ölü dölün doğulması faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 16-da Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın 40 həftəlik dölün baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.
**
İyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Qubadova Səfurə Elvin qızı 40 həftəlik dölün ( USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.
Bu barədə TƏBİB-dən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib.
Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, iyulun 16-da saat 04.00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub.