Bakının Sabunçu rayonunda piyadanı vurub qaçan sürücünün axtarışları davam etdirilir.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.
O bildirib ki, iyulun 14-də saat 15 radələrində paytaxtın Sabunçu rayonunda yolu keçən piyada S.Xankişiyeva "Hyundai" markalı avtomobillə vurulub:
"Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar və təqsirkar sürücünün müəyyən edilməsi istiqamətində axtarışlar davam etdirilir".