Siyəzən rayonunun Zarat stansiyasında aşan qatar Rusiya özəl şirkətinə məxsusdur.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
"Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus üç vaqon Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır", - QSC qeyd edir.
**16:02
Siyəzən rayonu ərazisində yük qatarı relsdən çıxıb, üç vaqon aşıb.
“Report”un məlumatına görə, Rusiyadan ölkə ərazisinə daxil olan yük qatarında inşaat materialları daşınıb.
Qeyd edilir ki, qatarın Siyəzən rayonu ərazisində relsdən çıxması nəticəsində üç vaqon aşıb.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.