Ali Radanın güllələnən sabiq deputatı İrina Farion Lvovda xəstəxanada dünyasını dəyişib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski teleqram kanalında məlumat verib.
“İrina Farionu xilas etmək mümkün olmadı” , - Kozitski bildirib.
Qeyd edək ki, hadisəni törədənin kimliyi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb.
**21:54 (19.07.2024)
Ukraynanın Lvov şəhərində eks-deputat İrina Farion güllələnib.
Senzor.az bildirir ki, bu barədə Lvov Şəhər Şurasının deputatı İqor Zinkeviç məlumat verib.
O bildirib ki, 60 yaşlı Fariona qarşı Lvov şəhərinin Masaryk küçəsində evindən çıxarkən sui-qəsd cəhdi olub. Farion 20-25 yaşlı gənc tərəfindən güllələnib.
Sabiq deputat hazırda xəstəxanaya yerləşdirilib, ağır vəziyyətdədir.
Polisin bildirdiyinə görə, zərərçəkən başından güllə yarası alıb. Hüquq-mühafizə orqanları atəş açan şəxsi axtarırlar: “Lvovda və bölgədə xüsusi polis əməliyyatı keçirilir, əməliyyata Lvov vilayəti polisinin bütün xidmət və bölmələrinin əməkdaşları cəlb olunub”.
Qeydedək ki, İrina Farion Ukraynada rus dilinin tamamilə qadağan edilməsinin tərəfdarı idi.