Ağadadaş Ağayevin balta atdığı hadisənin YENİ GÖRÜNTÜLƏRİ
YENİLƏNİB, VİDEO/ FOTO


Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində "Medera" klinikasının mühafizəçisi Nurəddin Cəlilovla əlbəyaxa olub. 

 

Senzor.az bildirir ki, baş verən insidentin yeni videosu yayılıb.

 

Bu barədə görüntülər "Telegram" kanallarında paylaşılıb.


 Həmin anların görüntülərini təqdim edirik:


Onu da qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, hər iki şəxs məsuliyyətə cəlb edilib.


**19:30 (23.07.2024)


Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub.


Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.


Qeyd olunub ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır: "Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

**15:18

Xalq artisti Ağadadaş Ağayevin iştirakı ilə baş verən davanın görüntüləri yayılıb. 

 

Senzor.az bildirir ki, videonun əvvəlində Ağadadaş Ağayevin baltanı naməlum istiqamətdə atdığı açıq görünür.

 

Daha sonra mühafizəçi olduğu ehtimal edilən şəxs Xalq artistinə tərəf gələrək onun qarşısını almağa çalışır. Bundan sonra tərəflər arasında dava düşür və onlar bir-birinə zərbələr endirirlər.

 

Xatırladaq ki, ilkin məlumatda mübahisənin A.Ağayevin halı pisləşdiyi üçün evinin yaxınlığındakı klinikadan yardım istədiyi, mühafizəçinin isə onu klinikaya dəvət etməsi ilə başladığı qeyd edilib. Atılan baltanın orada işləyən xadimənin ayağına dəydiyi bildirilir.

 

Həmin görüntüləri təqdim edirik:

**11:52


Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.


Məlumata görə, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.


Xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.


Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müracətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.


Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.


Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.


Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.


**11:25


Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.


Senzor.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.


Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.


Nazirlikdən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.


Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.