Türkiyənin Bursa şəhərində fabriklərdə başlayan yanğın söndürülüb.
Bu barədə “Star” məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində ümumilikdə 7 obyektə ziyan dəyib. Qeyd olunub ki, Onlardan 3-ü boş olub.
Digər dörd müəssisəyə dəymiş ziyan digərlərinə nisbətən daha ciddidir.
**12:49
Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklərdəki yanğının miqyası genişlənib.
Yerli KİV xəbər verir ki, yanğın ətrafdakı müəssisələrə də keçib.
Qeyd olunub ki, yanğın əvvəlcə təkrar emal müəssisəsində başlayıb və sonra kənar ərazilərə yayılıb.
**
Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklər yanır.
“Habertürk” xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürən, o cümlədən helikopter cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Hadisənin başvermə səbəbi məlum deyil.