Saray qəsəbəsində evdən seyf oğurlayanlar saxlanılıb

İyulun 17-də Abşeron rayonunun Saray qəsəbəsindəki evlərdən birində içərisində 130 min ABŞ dolları və 700 qram qızıl-zinət əşyaları olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Senzor.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Çin Xalq Respublikasının vətəndaşları — V.Zhijian və V.Hongfu ölkədən çıxmağa cəhd edərkən polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.


Onların üzərindən 17 min 306 ABŞ dolları, 9586 BƏƏ dirhəmi, müxtəlif xarici valyutalarda olan pul əsginasları və 147 qram qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.


Oğurlanan pul və zinət əşyalarının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.


Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Hazırda iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.