Bakının Xəzər rayonunda dava zamanı 29 yaşlı oğlan ürəyindən bıçaqlanıb.
REAL xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Babayev Fərrux Ayaz oğlu tanımadığı şəxslə dava zamanı ürəyindən bıçaqlanıb.
Yaralı təcili 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.
Onun vəziyyəti ağır olduğu üçün F. Babayev Sabunçu Tibb Mərkəzinə göndərilib. Tibb Mərkəzinin həkimləri onu təxminən 2 saat müddətində əməliyyat ediblər.
Bundan sonra F. Babayev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.