Parisdə Olimpiya Oyunlarının açılış mərasimi zamanı polis 19 nəfəri saxlayıb.
“France 2” telekanalı xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.
O, asayişi təmin edən polis və jandarmların işindən razılığını ifadə edib.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.