Rusiyada sərnişin qatarı qəzasında xəsarət alanların sayı artıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, "Kazan-Adler" sərnişin qatarının “KamAZ”la toqquşması və ardınca vaqonların relsdən çıxması nəticəsində xəsarət alanların sayı 140-a çatıb.
Xəsarət alanlardan 15-i xəstəxanaya yerləşdirilib, onlardan 3-ü uşaqdır.
**14:51
Rusiyanın Volqoqrad vilayətində “Kazan-Adler” marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində sərnişinlər arasında 20-dən çox yaralanan var.
Onlar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Şahidlərin dediyinə görə, hadisəyə səbəb “KamAZ” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətə davam edərək, qatarın yoluna çıxması olub.