Bakıda avtobus qəzası baş verib.
APA xəbər verir ki, hadisə metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.
36 və 38 saylı avtobusların toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər şəxs (qadın cinsli) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.