Ankarada yerüstü piyada keçidinə çırpılan avtobusda olan 27 zərərçəkmiş sərnişindən beşinin vəziyyəti ağır qiymətləndirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu deyib.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsində doqquz nəfər, o cümlədən bir ailənin beş üzvü həlak olub.
Ankara-Eskişehir magistral yolu ilə hərəkət edən avtobus Olukpınar kəndi yaxınlığında idarəetməni itirib. Sərnişinlər arasında bir ailənin 8 üzvü olub. Onlardan 5-i dünyasını dəyişib. Qəzada avtobusun sürücüsü də həlak olub.
Prokurorluq orqanları araşdırmanı davam etdirir.
Rəsmilər ilkin olaraq Ankarada baş verən qəzada 10 nəfərin həlak olduğunu, 25 nəfərin yaralandığını bildiriblər.
**10:00
Türkiyənin paytaxtı Ankarada yol qəzası olub, 9 nəfər ölüb, daha 26 nəfər isə yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, paytaxtın Polatlı rayonunda sərnişin avtobusu körpünün dirəyinə çırpılıb.
Qəzaya sürücünün sükan arxasında yuxulaması və əyləc sisteminin işləməməsinin səbəb olduğu ehtimal edilir.