Avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az-a verilən məlumata görə, hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət almış daha bir nəfər isə səhər saatlarında dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3-ə çatıb.
Qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı qızlarıdır.
Ölən digər uşaq isə sürücünün yaxın qohumunun 4 yaşlı qızıdır.
Hadisə ilə bağlı araşdırma aparılır.