Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ucar rayonu, 28 may küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Senzor.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar, Ağdaş və Göyçay rayon Yanğından Mühafizə issələrinun qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 2 510kv.m. olan bazar ərazisində bir-birinə bitişik tikilmiş 8 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları 270kv.m. sahədə yanıb.
Bazarın böyük hissəsi və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.
**19:11
Ucar rayonunda bazarda yanğın baş verib.
Senzor.az bildirir ki, hadisə rayon mərkəzindəki pərakəndə və topdan satış mərkəzində qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, qəflətən başlayan yanığının əhatə dairəsi genişlənib. Alovun qarşısını almaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Ucar, Göyçay və Ağdaş bölmələrinin canlı qüvvə və texnikası cəlb edilib.
Alovun söndürülməsi və ətraf ərazilərin yanğından mühafizəsi üçün tədbirlər həyata keçirilib.
Şahidlərin dediyinə görə, 500 kvadratmetr sahədə olan 8 mağaza və 1 kafe yanıb.
Ölən və xəsarət yoxdur.
Son məlumata görə, yanğın söndürülüb. Yanğınsöndürənlərin səyi nəticəsində digər tikililər yanğından mühafizə olunub