Gədəbəy rayonunun Şahdağ kəndində qadın bıçaqlanıb.
"Report"un məlumatına görə, mübahisə zəminində bıçaq xəsarətləri alan 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qadının əri, 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.