Qəbələdə toyda kütləvi zəhərlənmə: 55 nəfər... - YENİLƏNİB



15 avqust 2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

 

Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.

 

**

Qəbələdə baş verən zəhərlənmə hadisəsinin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə AQTA-dan məlumat verilib.

 

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

**10:13

Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.

 

APA-nın xəbərinə görə, zəhərlənmə Qəbələdə şadlıq sarayında keçirilən toyda baş verib. Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.

 

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edənlərin vəziyyətlərinin normal oldugu bildirilir.

 

Hazırda hüquq-mühafizə orqanlarının və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşkarı tərəfindən araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.