Xəbər verdiyimiz kimi, ötən gün Qəbələdə kütləvi zəhərlənmə olub.
Nəticədə ümumilikdə 55 nəfər (21-i kişi, 34-ü qadın cinsindən olmaqla) qida zəhərlənməsi şübhəsilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Onların hamısının eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub.
Həmin restoranı işlədən Pərviz Kərimov bildirib ki, istifadə edilən bütün qida məhsulları toy yiyəsi tərəfindən gətirilib və hazırlanıb.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
[media=https://www.youtube.com/watch?v=jAUAT_wsirs]