Pakistanın Bəlucistan əyalətində terror aktı törədilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, terrorçular magistral yolu bağladıqdan sonra bir neçə avtobusdan sərnişinləri endirib və onların şəxsiyyətlərini yoxlayıblar. Daha sonra ən azı 23 nəfəri güllələyiblər.
Bildirilib ki, terror aktını törədənlər daha 10 avtomobili də yandırıblar.
Hələlik isə heç bir şəxs və ya qrup silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.