Azərbaycanlı gənc Rusiyanın Surqut şəhərində qətlə yetirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov naməlum şəraitdə bıçaqlanaraq öldürülüb. Hadisə ötən gün qeydə alınıb.
Qətlin hansı zəmində törədildiyi hələlik məlum deyil.
Mərhumun yaxınlarının sayta verdiyi məlumata əsasən, Allahqulu Səfərov doğulub-böyüdüyü Şatıroba kəndində dəfn ediləcək. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.