İstanbulun iki qitəsini birləşdirən yüksəksürətli sərnişin nəqliyyat vasitələrindən olan metrobus xəttində qəza baş verib.
Senzor.az bildirir ki, qəza şəhərin Avropa qitəsində yerləşən Küçükçekmece rayonu ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 38 nəfər isə yaralanıb. Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.